Paytaxtın bəzi mərkəzi və ətraf küçələrində çəkilən yol xətlərinin pozulması halları müşahidə olunur. Sürücülər və piyadalar da bununla bağlı narazılıqlarını bildirirlər. Belə ki, pozulan xətlərin görünməməsi piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinə də səbəb olur.