!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

!Reklam – Yazi

Xalq artisti Zülfüqar Abbasov vəfat edib.

Bu barədə Yenicag.az-a Xalq artistinin yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlik səbəbindən 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

O, təhsil illərində Tbilisidə İ.İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxış edib. 1967–68-cı illər də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərmiş, burada “Solğun çiçəklər” (C.Cabbarlı; eyni zamanda Bəhram rolunu oynayıb), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov) və s. pyesləri tamaşaya qoyub. 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib. Müxtəlif ədəbi mənbələr əsasında yazdığı, həmçinin orijinal süjetli pyeslər yazıb.

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv