Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Az qalmışdı çölə çıxanda üzümü bağlayım" - Nigeriyalı futbolçunun azərbaycanlı arvadı

Reklam: High Technic

“Neftçi”nin sabiq futbolçusu Erik Obidekenin azərbaycanlı həyat yoldaşı Aytən Obidekeni döyməsi ilə bağlı xəbərlər yayılıb.

Erikin xanımını vəhşicəsinə döyməsi nəticəsində hadisə ilə bağlı arvadının polisə müraciət etdiyi bildirilir.

Yenicag.az saytına açıqlama verən Aytən Obideke isə döyülmə faktını təkzib edib. O, məsələyə belə münasibət bildirib:

“Mən həmin gün uşaqlarımı məktəbə, sonra da idmana aparmışam. Mənim də, yoldaşımın da işi-gücü var. Əgər hansısa qonşu səhv eşidib, polisə müraciət edibsə, bu, başqa məsələ. Çünki biz kirayədə qalırıq. Ola bilər ki, uşaqlar səs salıb. Hər ailədə söz-söhbət olur. Heç kim problemsiz yaşaya bilməz. Məni vəhşicəsinə döyübsə, gəlin baxın. Tam sağlamam, hamı ilə də ünsiyyətdə oluram. Məni vəhşi kimi döysəydi, indi xəstəxana olardım. Hərə bir şayiə yayır. Azərbaycanda nigeriyalı arvadı təkcə mən deyiləm ki. Ölkədə nigeriyalılarla evlənən nə qədər qızlar var. Bilmirəm, mənim ailəmdən nə istəyirlər. Mənim uşaqlarımın gələcəyi var. Niyə yazmırlar ki, Erikin oğlu boksda ikinci yerə çıxıb, medal qazandı? Belə yazsalar, çox sevinərəm. Amma belə mənfi xəbərlərə üzülürəm.

Maraqlıdır ki, Erik ötən gün açıqlamasında “Arvad mənimdir, özüm bilərəm” deyib.

Görəsən, Aytən xanımın həyat yoldaşının bu açıqlamasına münasibəti necədir?

“O açıqlama bilirsiz nə deməkdir? Hər evdə söz-söhbət olur. Erik azərbaycanca bilsə də, fikrini tam şəkildə ifadə edə bilmir. Demək istəyib ki, ailəmdə şəxsi problem varsa, bu, təkcə məni narahat etməlidir. Erikin məni döyməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır. Dünən xəbəri oxuyanda şokda idim. Az qalmışdı çölə çıxanda üzümü bağlayım”.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

653
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100