Azərbaycanın işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadındır.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, ümumilikdə ölkədə 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu məhz qadındır.
Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır: “Ancaq bəzi sahələrdə fərqlər var, və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığın inkişafı istiqamətində iş aparılır”.