Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.