Azad edilmiş ərazilərdə mina qurbanlarının SAYI – 200-ü ötüb

Qarabağ münaqişəsinin başa çatmasından sonra 200-dən çox şəxs azad edilmiş ərazilərdə mina partlayışlarının qurbanı olub.

Yenicag.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin insan haqları şurasının iclasında deyib.

O bildirib ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin aşağı dəqiqliyi azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini ləngidir.