Azad edilmiş ərazilərdə xidmət edən hərbçilər nə vaxt vaksinasiya olunacaq?

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusifzadə işğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyasına nə zamandan başlanılacağı barədə açıqlama verib.

Yenicag.az xəbər verir ki, Tibb Xidmətinin rəisi bildirib ki, DSX-də vaksinasiya prosesi ölkədəki qəbul olunan təlimata uyğun olaraq aparılır:

“Ona görə də bu, mərhələli xarakter daşıyır. İşğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyası Bakı Qarnizonu bitdikdən sonra davam etdiriləcək. Bu, bizdə olan saydan asılıdır”.