Azad edilmiş ərazilərə 3 ildə bu qədər vəsait xərclənəcək

Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3581,4 milyon manat və yaxud 23,3 faiz azalma ilə 11794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Yenicag.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin 2025-2028-ci illərdə 14 milyard 612 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 faizdir.

COP29