İşğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən dörd nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.