Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Şri-Lankaya səfəri çərçivəsində çay plantasiyalarını ziyarət edib.
Səfər zamanı çay fabriklərinə baş çəkən ekspert “Final” çay markasının istehsal olunduğu müəssisədə də olub.
İlk olaraq qonağa plantasiya barədə ətraflı məlumat verildi. Daha sonra “Final” çayın emal mərhələlərini əyani şəkildə müşahidə edən E.Hüseynov tarladan süfrələrə qədər bütün prosesləri izləyib.
Təbii seylon çayın plantasiyalardan yığılması, münbit şəraitdə qurudulması, fermentasiyası və qablaşdırılmağa hazırlanma mərhələlərinə baxış keçirib. O, həmçinin burada çayın növlərə ayrılması prosesi ilə də yaxından tanış olub.
Qeyd edək ki, yerli bazarda müxtəlif çeşidləri ilə istehlakçılara təqdim olunan “Final” çayı da məhz bu plantasiyaların məhsuludur.
30 ildir ki, dəyişilməyən keyfiyyəti ilə bir klassikaya çevrilən “Final” çay markası əsl seylon çayıdır və istehlakçıların sevimlisinə çevrilərək öz əsrarəngiz dadı ilə çaysevərlərin rəğbətini qazanıb.