“Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da daxil olmaqla Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyi davam etdirir, bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur”.
Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə dair şərhində əksini tapıb.
Qeyd olunub ki, nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.