Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlandı

“Son 5 ildə sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstəricisini nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, 2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazin digər iki ölkəsinin birgə sosial xərclərindən 2.2 dəfə çox olacaq:

“Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur”./unikal

COP29