Azad olunmuş rayonların təmsilçisi Region Liqasında

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bgu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.