!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad Rəhimov 4 ədəd “NAZ-Lifan” alıb

!Reklam – Yazi

azad rehimov nazlifanPrezident İlham Əliyevin “NAZ-Lifan”la bağlı çıxışından sonra bu markalı avtomobillərə maraq kəskin atrıb. Bir çox dövlət qurumlarının “NAZ-Lifan” almaq üçün sifariş verdiyi bildirilir.

Gənclər və idman naziri Azad Rəhimovun da “NAZ-Lifan” alması ilə bağlı məlumatlar yayılıb.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, Gənclər və İdman Nazirliyi tərəfindən Avropa Oyunları zamanı 4 ədəd “NAZ-Lifan” markalı avomobil alınıb.

“Avropa Oyunları vaxtı 4 ədəd “NAZ-lifan” avtomobili alınıb. Hazırda həmin avtomobillərdən istifadə olunur. Bu avtomobillər nazirliyin şöbələrinə verilib və xidməti maşın kimi istifadə olunur”.

S.Məmmədovanın sözlərinə görə, lazım olarsa nazirlik tərəfindən yenidən “NAZ-Lifan” avtomobilləri alınacaq.

Azad Rəhimov və digər yüksək vəzifəli nazirlik əməkdaşlarının şəxsi istifadə üçün “NAZ-Lifan” almasına gəlincə, mətbuat katibi bu barədə onda məlumatın olmadığını deyib.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv