Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Azadinform” 19 yaşını qeyd edir

Bu gün Azadinform İnformasiya Agentliy 19 yaşını qeyd edir.

Yenicag.az xəbər verir ki, agentlik1999-cu ilin yanvarın 10-dan fəaliyyət göstərir. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Agentlik Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

AZADİNFORM İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var. Agentliyin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.

AZADİNFORM İnformasiya Agentliyinin http://www.azadinform.az, http://www.en.azadinform.az və http://ru.azadinform.az internet səhifəsi on-line sistemində işləyir.

Agentliyin baş redaktoru tanınmış jurnalist Niyaz Niftiyevdir.

Yeniçağ Media Qrupu bu münasibətlə saytın bütün kollektivini təbrik edir!

www.yenicag.az

1139
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM