Belarus Baş Prokurorluğu ekstremizmə qarşı mübarizə haqqında qanunvericiliyi pozmaqda ittiham olunan “Azadlıq Radiosu”nun jurnalisti Sergey Dubovetsə qarşı cinayət işi açıb.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Jurnalist “nasizmin reabilitasiyası”nda günahlandırılır.
Detallar dəqiqləşdirilir.