!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azadlıq uğrunda mübariz vəfat etdi - Sabir Rüstəmxanlı başsağlığı verdi

!Reklam – Yazi

“Martın 8-də Qarabağ qazisi Ələkbər Talıbov vəfat edib. 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülən Ə.Talıbov Qarabağ uğrunda döyüşlərdə də fədakarcasına döyüşüb”.

Bu barədə Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlının yayınladığı başsağlığı yazısında qeyd olunur.

Ələkbər Talıbovun Qarabağda da erməni işğalçılarına qarşı döyüşdüyünə diqqət çəkən millət vəkili Qazinin ailəsinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib.

1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə Ələkbər Talıbov da daxil olmaqla 12 nəfər bu ada layiq görülüb.

Vəfatından öncə Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində çalışırdı.

Allah rəhmət etsin!

www.yenicag.az

1669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv