AZAL 3 istiqamətə uçuşların vaxtını dəyişdi

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva, Bağdad və Bodrum istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib.

Yenicag.az xəbər verir ki, dəyişikliyə əsasən, J2 852 Bakı-Moskva reysi 10:40-dan 17:00-a, J2 5011 Bakı-Bağdad reysi 19:00-dan 01:00-a (növbəti gün), J2 023 Bakı-Bodrum reysi isə 10:00-dan 14:00-a keçirilib. Əks istiqamətlərə uçuşlarda da dəyişiklik var.

Belə ki, J2 851 Moskva-Bakı reysi 14:50-dan 20:10-a, J2 5012 Bağdad-Bakı reysi 22:45-dan 03:45-ə (növbəti gün) və J2 024 Bodrum-Bakı reysi 14:15-dən 18:15-ə keçirilib./Report/

COP29