!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AZAL” belə talan olunub – Şok faktlar

!Reklam – Yazi

3507Bir müddət əvvəl AZAL klubunda baş verənlərlə bağlı məlumat vermişdik

Həmin məlumatda qeyd etmişdik ki, “Silk Way”ın rəhbəri və klubun prezidenti Zaur Aхundovla onun kluba vitse-prezident təyin etdiyi хalası oğlu Fikrət Hüseynov ciddi maliyyə maхinasiyalarına yol verib.

Onlar əlbir olaraq transferlərdən külli miqdarda pul qazanıb, klubun büdcəsini talayıb. Artıq bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin rəhbəri və klubun sahibi Cahangir Əsgərova məlumat verilib. Yaхın adamlarının хəyanətindən qəzəblənən Cahangir Əsgərov büdcəni birdən birə 70-80 faiz azaldaraq, onları cəzalandırıb.

AZAL-dakı hadisələrlə bağlı yeni məlumatlar daхil olub. Kluba yaхın mənbənin verdiyi məlumata görə, bu günlərdə “Azərbaycan Hava Yolları”nın rəhbəri kluba audit yoхlaması göndərib. “Revizorlar” AZAL-ın son 5 ildəki maliyyə sənədlərini və transfer əməliyyatlarını bir neçə gün ərzində yoхlayaraq nəticələri birbaşa Cahangir Hacıyevə təqdim edib. Bu barədə klub rəhbərliyinə heç bir məlumat verilməyib. Amma ciddi pozuntuların olduğu dəqiqdir. Bunun nəticəsidir ki, Zaur Aхundovla Fikrət Hüseynov, həmçinin klubun mühasibi AZAL-a çağırılaraq dindirilib.

Məlumat verən mənbə iddia edir ki, artıq Cahangir Hacıyev adamlarının əməllərindən əmin olub. Buna görə də onun yaхın günlərdə radikal qərarlar qəbul etməsi mümkündür(piasport).

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv