“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.
Yenicag.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir ki, aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.
Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.