AZAL-da maaş “qiyamı” — 3 aydır pullarını ala bilmirlər

xazall.jpg.pagespeed.ic.zVCcAUKIZSAviasiya Təhlükəsizlik Baş İdarəsinin Aviasiya Təhlükəsizliyinə Baxışın Təşkili İdarəsində işçilərin əmək haqqı bir neçə aydır ki verilmir

Kollektivdən Ölkə.Az-a daxil olan məlumata görə, onlar axırıncı dəfə iki ay öncə məvacib alıblar:

“Beş-altı aydır ki, vəziyyət belədir. İşçilərin yarısının maaşı verilir, yarısının maaşları saxlanılır. Bəzi aylarda ümumiyyətlə heç kim maaş ala bilmir. Konkret bir səbəb də göstərmirlər. Kim etiraz edirsə, maaşını istəyirsə, işdən çıxardırlar. Bilmirik dərdimizi kimə deyək. Axı nə vaxta qədər halal zəhmətimizin haqqını istəməyə çəkinməliyik? Əgər pul yoxdursa, desinlər ki, idarəni bağlayırıq, siz də gedin özünüzə iş axtarın”.

Mövzunu diqqətdə saxlayacağıq.