!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AZAL-da yeni transfer

!Reklam – Yazi

Azərbaycan Premyer Liqanın III dövrəsinə hazırlaşan, maliyyə problemləri yaşayan AZAL klubu heyətinə yeni futbolçu qatıb.

Yeniçağ.az xəbər verir ki, komanda bir vaxtlar “Xəzər Lənkəran”ın şərəfini qoruyan Tərlan Qasımzadəni transfer edib.

Aldığımız məlumata görə, AZAL-ın T. Qasımzadəni heyətə qatmasına səbəb ucuz başa gəlməsi olub. Belə ki, bir müddət idi ki, klubsuz qalan qapıçı cüzi məbləğə “təyyarəçi”lərin təklifini qəbul edib.

Bundan sonra klubun heyətində yer alacaq qolkiper artıq məşqlərə də start verib.

Qeyd edək ki, mövsümün ilk yarısını “Qarabağ”ın əvəzedici heyətində keçirən gənc qapıçı Şüvəlan təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.

 

Aygün

Yenicag.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv