AZAL-dan qələbə

2970240509676d7401ebBu gün Azərbaycan Premyer Liqasının VII turun oyunlarına start verilib.

İlk oyun günündə AZAL “Rəvan”ı qəbul edib.

Oyunda azarkeşlər bir dəfə seviniblər. 7-ci dəqiqədə AZAL-ın futbolçusu Nuqzar Kvirtiyanın vurduğu qol yeganə olub – 1:0. Bu, cari mövsümdə “təyyarəçilər”in ilk qələbəsidir.

Qeyd edək ki, VII tura şənbə və bazar günləri keçiriləcək 4 oyunla yekun vurulacaq.