AZAL Ermənistana bunun üçün pul ödəyir

Azərbaycan Hava Yolları (AZAL) Ermənistanın hava məkanından istifadə etməklə uçuşlar həyata keçirir.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Komitəsi AZAl-ın ölkənin hava məkanından istifadə etdiyi üçün pul ödədiyini açıqlayıb.

“Ermənistanın hava məkanından istifadə edən bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşlar üçün aeronaviqasiya xidmətlərini qarşılayır”, – deyə qeyd edilib.

AZAL tərəfindən Ermənistana ödənən məbləğin miqdarı isə açıqlanmayıb.