AZAL-ın bir sıra reysləri gecikir

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Bu barədə Yenicag.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.