Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinin hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.
Bu barədə Yenicag.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, “Airbus A320” təyyarəsi Bakı vaxtı ilə saat 23:42-də Səmərqənd hava limanında eniş edib.