Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) – İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.
Yenicag.az xəbər veirr ki, bu barədə AZAL məlumat yayıb.
Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş etmişdir. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.
Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək.
AZAL yaranan narahatlığa görə üzr istəyir.