AZAL-ın təyyarəsi quş dəstəsi ilə toqquşdu: Uçuş təxirə salındı

1465477506_azalBu gün saat 16 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanında aviasiya hadisəsi baş verib.

AZAL-dan BAKU.WS-ə verilən rəsmi məlumata görə, Bakıdan İstanbula uçan təyyarə zolaqda quş dəstəsi ilə toqquşub. Təhlükəsizlik qaydalarına uyğun olaraq pilot uçuşu dayandırıb. Hazırda təyyarə texniki baxışdan keçirilir.