AZAL-ın təyyarəsində texniki nasazlıq azı 5 saatlıq yubanmaya səbəb oldu

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) – Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq – Bakı reysi gecikir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda vurğulanıb.

COP29