“AZAL müştərilərə hörmətsizlik edir!” – Prodüser Anar

Prodüser Anar sosial media hesabında paylaşım edib

Yenicag.az xəbər verir ki, prodüser Anar, sosial media hesabında Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı sərt tənqidlər irəl sürüb. O, paylaşımında uçuşlardan mil kartlarına sahib olmağın insanlar üçün əlverişli olduğunu, lakin AZAL-ın bununla bağlı müştəri məmnuniyyətini təmin etmədiyini vurğulayıb.

Anar, “Hörmətli AZAL, insanlar uçuşlardan mil kartlarına sahib olur. Sizsə elə edirsiniz ki, insanlar bundan imtina etsinlər. Niyə? Səbəb nədir? “Biznes lunc”, “fast track” var idi, hanı? Çox ayıb olsun. Bu qədər də hörmətsizlik olmaz. Artıq insan sizin oyunlarınızdan iyrənir. Ayıbdır!” sözlərini qeyd edib.

Qeyd edək ki, Anar, futbolçu Mahir Mədətovun atasıdır. Mahir, atasının boşanıb ikinci dəfə ailə qurmasının ardından Emreli soyadını götürüb. Anarın ümumilikdə 3 övladı var: ilk evliliyindən Aişə və Mahir, ikincisindən Tamerlan.

Maraqlıdır, bu tənqid AZAL-ın müştəri xidmətləri sahəsində dəyişikliklər etməsinə səbəb olacaqmı?

Məsimə Məmmədova

 

COP29