!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AZAL Naxçıvana bilet satışını sadələşdirdi - VİDEO

!Reklam – Yazi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviaresylərinə bilet satışı prosesini asanlaşdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir: “Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan votsap nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”.
“Azərbaycan Hava Yolları” həmçinin nəzərə çatdırıb ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur. Həmin əlaqə vasitələri bunlardır:
Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54(onlayn forma: //help.azal.az/hc/az/requests/new…)
Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11 (onlayn forma: //help.azal.az/hc/az/requests/new…)⠀
Daha ətraflı məlumatı video təlimatdan əldə etmək olar:
https://youtu.be/Upi-pOfMECo

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv