!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AZAL onları pulsuz çalışdırır? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

AZAL-da kimin hansı maaşa və kimin havayı oynadığı məlum olub. Sportinfo.az-ın iddiasına görə, Vaqif Cavadov, Samir Məsimov və Bəxtiyar Soltanova məvacib ödənilməyəcək. Saidio Tounkaranın maaşı 800, Madunun 700, Qalıperinin 500, Robertsin 400 dollardır. Taoulin də qarşıdakı 2,5 ayda klubdan 1 qəpik belə almayacaq. Sadəcə, qələbə qazansalar mükafat veriləcək.

Məsələ ilə bağlı “təyyarəçilər”in mətbuat katibi Eldəniz Yusifovla əlaqə saxladıq. Klub rəsmisi Yeniçağ.az-a açıqlamasında yazılanların doğru olmadığını dedi:

“Bizim futbolçulara ayrılan maaşı, büdcəmizi açıqlamaq doğru deyil. Bu, klubun kommersiya sirridir. Əslində, hazırda hamının klubumuzun maddi durumu ilə bağlı məlumatı var. Elə də böyük məbləğ alan yoxdur: qonorar 500 manatdan 1000 manata qədərdir. Ancaq hansısa futbolçunun pulsuz oynaması xəbəri sadəcə, gülüncdür. Hansı peşəkar futbolçu pulsuz çıxış edər ki? AZAL hər bir futbolçu ilə müqavilə bağlayır və Peşəkar Futbol Liqasına təqdim edir. Onun əsasında futbolçuya maaş verilir.

Əslində, bu cür söz-söhbətlərin yaranmasına Samir Məsimovun müsahibəsi səbəb olub. Belə ki, futbolçumuz “AZAL-da pulsuz da oynamağa razıyam” demişdi. Yəni AZAL-da oynamaq istəyirəm anlamında… O ki, qaldı, Taoulinin məsələsinə, onun müqaviləsində nə yazılıb, o qədər də alacaq”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv