AZAL təxirə salınmış reyslərlə bağlı məlumat yaydı

“Azərbaycan Hava Yolları”n (AZAL) təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması bu saatlarda həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər.

Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər.⠀