Azan oxunduğu an oyunu dayandırdı – Klattenburq alqış qazandı – Video

Dünyanın ən məşhur futbol hakimlərindən olan Mark Klattenburq maraqlı qərarı ilə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Kral Kuboku çərçivəsində idarə etdiyi “Əl Feiha” – “Əl Fateh” matçını azan oxunduğu vaxt dayandırıb.

İngiltərəli referi azanın bitməsindən sonra oyunu davam etdirib. Onun bu addımı Səudiyyə Ərəbistanında alqışla qarşılanıb.

Qeyd edək ki, 2006-cı ildə Çempionlar Liqasının finalını idarə edən Klattenburq, İngitərədən Səudiyyə Ərəbistanına transfer olunub.