Azan səsini remiks etdi – Həbs olundu

İslam duasını remiks etdiyinə görə dj-yə həbs cəzası verilib.

Yeniçağ.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Tunisin kurort şəhəri olan Hammametdə baş verib. “Dah J” ləqəbli dj azan səsində remiks edib. O, gecə klubunda azanın oynaq versiyasını səsləndirib. DJ-in əməlini əks etdirən video sosial şəbəkədə paylaşılıb və sərt tənqidlərə məruz qalıb.

Tunis məhkəməsi bu əməlinə görə britaniyalı dj barəsində həbs qərarı verib. O, uyğunsuz hərəkətinə görə 6 ay azadlıqdan məhrum edilib.

Lakin məhkəmə gecə klubunun sahibi və “Orbit Festival”ın təşkilatçısı üzərindəki ittihamları götürüb.

Aydan