Azarkeş fit çaldı: Futbolçular oyunu dayandırdı

Dünya çempionatının E qrupunda keçirilən Mərakeş – Xorvatiya oyununda maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın əvvəlində azarkeşlərdən biri tribunada fitdən istifadə edib.

Onun bu hərəkəti futbolçuları çaşdırıb. Fanatın hər fit çalmasından sonra oyunçular hakimin fit çaldığını düşünərək oyunu davam etdirməyi dayandırıblar.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə davam edir.