Azarkeş arvadını mərcdə uduzdu

Tanzaniyalı “Mançester Siti” azarkeşi Stenli Amani sevimli komandasının “Mançester Yunayted”lə oyununda “şəhərlilər”in qələbəsinə arvadını qoyub və uduzub.

Yenicag.az bildirir ki, bu haqda The Sun məlumat yayıb.

Mərcin məğzi bundan ibarət idi ki, komandasının uduzacağı təqdirdə o, arvadını 1 həftəlik digər azarkeş Şilla Toniyə verməli idi. O, həmçinin qeyd edib ki, mərc zamanı tamamilə adekvat olub və sözünü tutacaq.

Beləliklə, matçın 30-cu dəqiqəsinə qədər “Mançester Siti” 2:0 irəlidə idi, lakin Pol Poqbanın ikinci hissədə vurduğu 2 qol hesabı bərabərləşdirir, daha sonra Kris Smollinqin dəqiq zərbəsi ilə “Yunayted” 3:2 hesablı qələbə qazanır.

Zaur H.