Azarkeşi təpiklə vuran ulduz futbolçu komandadan qovuldu

Fransanın “Marsel” klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində “Gimaraynş”la səfər oyunundan əvvəl meydanın kənarında dayanmış azarkeşə təpiklə zərbə vurması səbəb olub.

Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb. Belə ki, o, 7 ay müddətində heç bir qitə miqyaslı matçda meydana çıxa bilməz.

COP29