Azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

Futbol üzrə Hollandiyanın birinci divizionunda keçirilən “Qou Exed İqls” – “De Qraafşap” matçında xoşagəlməz anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra doğma komandalarının 0:4 hesablı məğlubiyyətini həzm edə bilməyən “Qou Exed İqls”in fanatları meydana axışaraq rəqib futbolçulara hücum çəkib. Futbolçuların və mühafizəçilərin qarşılıq verməsi ilə insident daha da böyüyüb.

Həmin anın videosunu təqdim edirik: