“Qarabağ” klubu azarkeşlərinə görə 1500 manat cərimələnib.
Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağdam təmsilçisinin cərimələnməsinə Misli Premyer Liqasının XXVII turunda “Kəpəz”lə matçdan sonra azarkeşlərin pirotexniki vasitədən istifadə etmələri olub. Nəticədə klub 1500 manat ziyana düşüb.
AFFA “Sabah”ı da cəzalandırıb. XXVII turda “Zirə” ilə matçda Əsasnamənin tələblərinin pozulması “Sabah”ı 500 manat ziyana salıb.