Azarkeşlərdən Bundesliqa rəhbərliyinə etiraz – FOTOLAR

Almaniya Bundesliqasının 24-cü turunda Dortmund “Borussiya”sı doğma azarkeşləri önündə “Auqsburq”u qəbul edib.

Yenicag.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma yerli azarkeşlərin etirazı ilə yadda qalıb.

Belə ki, bazar ertəsinə oyun təyin edilməsi “Borussiya” azarkeşlərini özündən çıxarıb. Nəticədə onlar məşhur “Sarı divar” tribunasını boş qoyaraq Bundesliqa rəhbərliyinə etiraz ediblər.