Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Azarkeşləri biz qovmamışıq" - Rəsmi

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə” – “Neftçi” qarşılaşması baş tutub (2:2). “Neftçi”nin azarkeşləri oyunun start fiti səslənən kimi baş məşqçi Elxan Abdullayevi istefaya səsləyiblər. Paytaxt klubunun “Neftçi Mania” azarkeş qrupunun üzvləri isə polislər tərəfindən tribunadan uzaqlaşdırılıb. 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi azarkeşlərin qovulmadığını, özlərinin getdiyini bildirib:

“Bildiyiniz kimi səfər oyunudur, burada da asayişə cavabeh biz yox, “Zirə” komandası olub. Həmçinin biz azarkeşlərə yaxın yerdə deyildik. Mən media sektorunda, rəhbərlik isə mərkəzdə əyləşmişdi. Azarkeşlər polisin müdaxiləsi ilə kənarlaşdırılıb. Eşitdiyimə görə, azarkeşlər qeyri-etik ifadələr işlətdiyinə görə polislər onlara müdaxilə edib. Bundan sonra da azarkeşlər baykot edərək, stadiondan çıxıblar. Yəni biz heç kimin baykot etməsi hüququnu əlindən ala bilmərik, Öz hüquqlarıdır. Biz heç kimi oyuna zorla gətirmirik ki, zor gücü ilə də göndərək”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

449