Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azay Quliyev 9-cu mikrorayonda izdihamlı görüşlər keçirib - FOTOLAR

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev iki müxtəlif ünvanda seçicilərlə görüşüb.

Yenicag.az xəbər verir ki, 9-cu mikrorayonda Adil Məmmədov və Cavad xan küçələrində ətraf çoxmərtəbəli binaların sakinləri ilə keçirilən hər iki görüş böyük izdihamla müşahidə olunub. Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini deyiblər. Seçicilər ötən 4 ildə yerli və beynəlxalq tribunlarda onların hüquqlarını və Azərbaycanın milli maraqlarını böyük peşəkarlıq və əzmlə müdafiə edən Azay Quliyevə fevralın 9-da məmuniyyətlə yenidən səs verəcəklərini bildiriblər.

Görüşdə çıxış edən seçicilər həmçinin, müxtəlif problemlərinin həll olunması üçün Azay Quliyevdən köməklik etməsini xahiş ediblər.

Azay Quliyev havanın soyuq və küləkli olmasına baxmayaraq kütləvi şəkildə görüşə gəldiklərinə, ona göstərdikləri doğma münasibətə və dəstəyə görə bütün seçicilərinə təşəkkür edib. Azay Quliyev əmin olduğunu bildirib ki, seçicilər səsvermə günündə də belə fəallıq və mütəşəkillik göstərərək seçki məntəqələrinə gəlib öz seçimlərini edəcəklər. Deputat, həmçinin seçicilərinin müraciətlərini hər zaman diqqətdə saxladığını deyərək ötən 4 ildəki fəaliyyəti barədə seçicilərə qısa hesabat verib. Azay Quliyev Azərbaycanda ilk dəfə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi seçicilərin elektron kabinetinin (e-kabinet) deputat-seçici münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu deyib. O, seçicilərin tezliklə bu innovasiyanın effektivliyini aydın şəkildə həyatlarında hiss edəcəklərini vurğulayıb. Azay Quliyev görüşdə qaldırılan bütün məsələlərin həlli üçün var gücü ilə çalışacağını və onların həllinə yardımçı olacağını deyib.

www.yenicag.az

532
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100