Azay Quliyev Albaniyanın prezidenti ilə görüşdü – FOTO

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniyanın prezidenti İlir Meta ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi “Twiter” hesabında qeyd edilib.

ATƏT PA-nın Baş katibi Roberto Montellanın iştirak etdiyi görüşdə 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan seçki müşahidə missiyasına tam dəstək ifadə olunub və gələcək əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.