!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etdi

!Reklam – Yazi

Yanvarın 26-da ATƏT PA-nın onlayn Büro iclası keçirilib. İclasda bir çox məsələlərlə yanaşı qurumun fevral ayında Vyanada keçiriləcək qış sessiyasına hazırlıq vəziyyəti müzakirə edilib, ATƏT-in yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin və digər çağırışların həlli ilə bağlı məruzəsi dinlənilib.

Yenicag.az xəbər verir ki, iclasda çıxış edən ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ və Minsk Qrupu ilə bağlı qalıdırılan suallara aydınlıq gətirib. Dövlətimizin qəti mövqeyini ifadə edən Azay Quliyev bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə mövcud deyil və bu termin artıq tarixdə qalıb. Bundan sonra ATƏT və onun instututları bu termini “diriltmək” əvəzinə Ermənistan və Azərbaycan arasında daimi sülhün əldə olunmasına çalışsalar yaxşı olar.

ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna toxunan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu qrup mövcud olduğu 28 ildə münaqişənin həlli ilə bağlı heç bir uğura nail ola bilmədi. Azərbaycan təkbaşına ərazi bütövlüyünü bərpa etdi. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il tarixlərində üçtərəfli formatda qəbul olunan bəyanatların heç birində Minsk Qrupunun rolu olmayıb. Bu bəyanatlar regionda qalıcı sülhün və təhlükəsizliyin əldə olunmasında, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasında yeni imkanlar yaradır. ATƏT-in Minsk Qrupunun hazırladığı əvvəlki həll variantları öz aktuallığını itirib. Buna görə də həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onunla hesablaşmalıdır.

ATƏT PA-nın vitse-prezidenti onu da vurğulayıb ki, əgər Minsk üçlüyü bir yerdə nəsə etmək istəyirsə, o zaman Ermənistanı regionda sülhə əməl etmək və qonşuları ilə dinc yanaşı yaşamaq üçün müvafiq addımlar atmağa sövq etsin.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv