Reklam

Reklam

Hörmətli cənab Sədr!
Hörmətli xanım Birinci vitse – prezident!
Hörmətli deputatlar!

İcazə verin, mən də hörmətli Mehriban xanım, Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə ürəkdən təbrik edim, belə bir mühüm və məsuliyyətli dövlət işində Sizə uğurlar arzulayım.

Sizin ali dövlət vəzifəsinə təyin olunmağınız ölkə vətəndaşları və dünyada yaşayan soydaşlarımız tərəfindən böyük sevinc hissilə qarşılandı, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edildi.

Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəaliyyətinizlə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və rəğbət qazanmısınız.

Sizin Ulu Öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini yeni nəsillərə çatdıran çoxşaxəli fəaliyyətiniz, xalq və dövlət qarşısındakı xidmətləriniz haqqında saatlarla danışmaq olar.

Mübaliğəsiz demək olar ki, təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə və həyata keçirtdiyiniz milli və beynəlxalq layihələrə görə hər kəs Sizə hörmət edir və səmimi minnətdarlığını bildirir.

Siz Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri və dayağısınız. Azərbaycanda humanizm, mərhəmət və xeyriyyəçilik ənənələrinin yenidən canlanması Sizin adınızla bağlıdır.

Siz Milli Məclisin deputatı kimi, məhbəsdə olan vətəndaşlarımızı da unutmamış, Parlament tərəfindən qəbul edilən 4 Amnistiya aktının müəllifi olaraq, onminlərlə məhbusun azadlığa çıxmasına və onların bağışlanmasına nail olmusunuz.

Bu gün qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır və YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi və şifahi irsinin şah əsəri kimi qorunur.

Hörmətli Mehriban xanım,

Siz, dünya mədəniyyətinə və sivilizasiyalararası dialoqa çox böyük töhfələr vermisiniz. Ümumdünya mədəni irsinin bir hissəsi olan Vatikandakı müqəddəs Marçellino və Pyetro yeraltı sərdabələrini bərpa etməyiniz, dünyada ilk dəfə bir müsəlman ölkəsinin xöş niyyətini nümayiş etdirərək, xristianlıq dəyərlərinin qorunub saxlanılmasına yardımı kimi tarixə düşdü. Bütün qərb mətbuatı Sizin bu addımınızı dinlərarası və mədəniyyətlərarası dialoqa verilən sanballı töhfə, Azərbaycanı isə müasir, inkişaf etmiş və tolerant bir ölkə kimi təqdir etdi.

Siz, Azərbaycanın haqlı davası, ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda ardıcıl və prinsipial mübarizə aparırsınız.

Sizin qeyri-hökumət təşkilatlarına və bütövlükdə vətəndaş cəmiyyətinə verdiyiniz hərtərəfli dəstək son dərəcə qiymətlidir.

Fürsətdən istifadə edib, Azərbaycanımız üçün etdiklərinizə, dövlət və millət adına göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə ictimaiyyət adından dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Birinci vitse-prezident və cənab Prezidentin ən yaxın silahdaşı kimi Siz bundan sonra da daha mühüm nailiyyətlərə imza atacaqsınız.

Bu işdə Sizə uğurlar arzulayıram.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."