!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev insan hüquqlarına görə ATƏT-ə gedir

!Reklam – Yazi

6f19a982ad80570d6ea962b5fb0efea2Milli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfərə yola düşür.

“ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” sessiyanın əsas mövzusu olacaq. Tədbirin açılış mərasimində Monqolustan Prezidenti və ölkə Parlamentinin sədri iştirak edəcəklər.

Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Həmçinin “Mərkəzi Asiya” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv