Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azay Quliyev Minsk Qrupunun həmsədrlərini tənqid etdi

Reklam: High Technic

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib.

Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər: ”Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk Qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk Qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk Qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”.

Yenicag.az

www.yenicag.az

266