Azay Quliyev prezidentin mövqeyini ATƏT PA-ya belə çatdırdı – Video

ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Mərakeşdə keçirilən payız sessiyasında daimi Komitənin iclasında çıxış edib.

Yenicag.az xəbər verir ki, Azay Quliyev çıxışında regionu narahat edən əsas məsələlərdən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb. Bu aspektlər Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı və əsassız çıxışları ilə ölkəsinin yürütdüyü işğalçı və anneksiya siyasətinin iç üzünü açıb göstərməsi; erməni tərəfinin istifadə etdiyi “Dağlıq Qarabağ xalqı” anlayışının hüquqi və məntiqi cəhətdən reallığa aidiyyətinin olmaması; azərbaycanlı mülki şəxslərin erməni təxribatları nəticəsində qətlə yetirilməsinə ATƏT PA-nın insan hüquqları, demokratiya və humanitar məsələlər sahəsində ixtisaslaşmış 3-cü Ümumi Komitəsinin mövqe bildirməsinin əhəmiyyəti; ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirilməsinin vacibliyi; Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadilənin həyata keçirilməsinə dair təşəbbüsünə Ermənistanın göz yummasıdır.

Azay Quliyevin çıxışını sizlərə təqdim edirik:

COP29