Azay Quliyev seçicilərini qəbul etdi – FOTO

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Deputat sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Görüşdə qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, qəbulda Binəqədi rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir.

8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

COP29